Al Paçino ən çox sevdiyi filmin adını açıqladı - "XAÇ ATASI" 

13:17 26.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur aktyor Al Paçino son müsahibəsində "The Godfather" seriyasından ən çox sevdiyi filmi açıqlayıb.

Hafta.az-ın "Hollywood Reporter"ə istinadən yazdığına görə, 82 yaşlı aktyor “Xaç atası”nın onun üçün hər zaman xüsusi yer tutduğunu bildirib.

Paçino məşhur rejissor Frensis Ford Koppolanın 1972-ci ildə yayımlanan seriyalın ilk filmi olan “Xaç atası” ilə 1974-cü ildə çıxan “Xaç atası II” filmi arasında seçim etməsi ilə bağlı bunları deyib: "Xaç atası" daha əyləncəlidir. "Xaç atası II" isə Koppola üçün şəxsi əsərdir. Bu yaxınlarda "Xaç atası"na baxdım, bir səhnədə həmişə iki və ya üç şey eyni anda baş verir. Sən həmişə hekayənin içindəsən, irəli gedirsən. Növbəti səhnədə nə olacağını bilmirsən, bu, sırf hekayədir". 

Kino sənətinin əfsanəvi adlarından olan Paçino serialın ikinci filmi üçün "Xaç atası II"də hekayə daha fərqli, tutqun və ləngdir. Amma onu da deməliyəm ki, əla filmdir" deyib.

Paçino, Mario Puzonun 1969-cu ildə eyniadlı romanı əsasında çəkilmiş "Xaç atası" seriyasının ilk filmində Marlon Brando ilə baş rolu paylaşıb.

Nyu-Yorkda yaşayan güclü italyan mafiya ailəsindən bəhs edən serialın ikinci filmində Paçinonu Robert de Niro müşayiət edib.

Sonuncu film olan "Xaç atası III" də 1990-cı ildə işıq üzü görüb.